...

Azərbaycan Mərkəzi Avrasiyanın Geoloji quruluşunun Atlasının yaranma layihəsində iştirak edir

Cəmiyyət Materials 20 İyun 2006 18:12 (UTC +04:00)

Azərbaycan Mərkəzi Avrasiyanın Geoloji quruluşunun və geoloji ekologiyasının Atlasının yaranma layihəsində iştirak edir. Hazırda atlasın ikinci hissəsinin - "Mərkəzi Avrasiyanın transsərhəd hövzələrinin və qırışıq strukturlarının geoloji mühitinin geologiyası, geodinamikası, minerageniyası və müasir vəziyyəti" adlı hissəsi hazırlanır.

Trend in Milli Elmlər Akademiyasının torpaq haqqında elm şöbəsinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bu günlərdə Alma-Ata şəhərində layihənin ikinci mərhələsinə həsr olunmuş iş müşavirəsi olub. Müşavirədə Azərbaycan tərəfindən Geologiya institutunun əməkdaşı Rüstəm Babayev iştirak edib.

1996-cı ildə Alma-Ata elm-tədqiqat institutunun təşəbbüsü ilə yaradılmış layihədə 9 ölkə iştirak edir. Azərbaycan bu layihəyə 1998-ci ildə qoşulub. Layihədə həmçinin Rusiya, Gürcüstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Qazaxıstan və Çin də iştirak edir. Geologiya institutundan başqa, tədqiqatlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Neft Şirkəti və Dövlət Neft Akademiyası iştirak edib.

Atlasın ikinci hissəsi üzərində işlər 2002-ci ildə başlayıb, 2008-ci ilə qədər isə tamamlanacaq. Atlasın tərtibatı ilə bağlı növbəti müşavirə 2007-ci ilin yazına planlaşdırılıb və Urumçidə keçiriləcək. Burada materiallar iştirakçı ölkələr tərəfindən son dəfə gözdən keçiriləcək.

Atlas 2008-ci ildə Osloda keçiriləcək beynəlxalq geologiya konqresində nümayiş olunacaq.

Xəbər lenti

Xəbər lenti