...

Azərbaycanın dini tərkibini beş dövlət tərəfindən təhlükə gözləyir

Cəmiyyət Materials 21 İyun 2006 13:39 (UTC +04:00)

Azərbaycanın dini tərkibini beş dövlət - İran, Türkiyə, Rusiya, Qatar və Səudiyyə Ərəbistanı tərəfindən təhlükə gözləyir. Trend in verdiyi xəbərə görə, bu barədə iyunun 21-də "VİÇ-SPİD-ə qarşı vətəndaş cəmiyyətinin imkanlarının güclənməsi" layihəsinin təqdimat mərasimində Azərbaycan Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri, professor Rafiq Əliyev bildirib. O qeyd edib ki, bu təhlükəyə qarşı ən yaxşı vasitə dözümdür. Bununla yanaşı o bildirib ki, Azərbaycan Konstitusiyasına əsasən, dövlət dünyəvi törəmədir. Dini icma nümayəndələrinin ictimai həyata cəlb olunması çox mühüm və əhəmiyyətlidir. "Azərbaycan dini dözümlülük sahəsində və dini icmaların sərbəst fəaliyyəti üçün şəraitin yaradılması üzrə bütün dünya üçün bir nümunədir". O həmçinin qeyd edib ki, dinin dövlətdən ayrılması ilə bağlı məsələlərin tənzimlənməsi üzrə Azərbaycanda xüsusi mexanizm hazırlanır. Bu iş Azərbaycan prezidenti İlham Əliyevin bilavasitə rəhbərliyi altında aparılır.

BMT-nin Azərbaycandakı rezident- əlaqələndiricisi Marko Borsotti öz növbəsində xarici amillər tərəfindən dini təhlükəni Azərbaycan istimaiyyətinin dini həyatını ən çox narahat edən məqam kimi qeyd edib. "Azərbaycandakı dözümlülük sayəsində, mən düşünürəm ki, respublika ictimaiyyəti bu təhlükənin neqativ nəticələrinin qarşısını ala bilər", - deyə M.Borsotti vurğulayıb.

Xəbər lenti

Xəbər lenti