...

AFFA növbəti Azərbaycan çempionatının vaxtını müəyyən edib

Cəmiyyət Materials 22 İyun 2006 18:58 (UTC +04:00)

AFFA Ali liqa klublarının nümayəndələri ilə görüşdə növbəti Azərbaycan çempionatının vaxtını müəyyən edib.

Trend in verdiyi xəbərə görə, tərəflər milli birinciliyi avqustun 5-də başlamaq barədə razılığa gəliblər. On dörd komandanın iştirak edəcəyi çempionatın ilk mərhələsi dekabrın 12-i başa çatacaq, yarışın son mərhələsi isə 11 fevralda başlayacaq. Yarışın mayın 23-ü bitəcəyi nəzərdə tutulur, cari il sentyabrın 12-də isə hazırki sahibi "Qarabağ" klubu olan Ölkə kubokuna start veriləcək. Ənənəyə görə final oyunu mayın 28-də olacaq və bundan sonra mövsüm başa çatacaq.

Həmçinin elan olunub ki, klublar avqustun 1-dən çempionatda iştirak etmək üçün ilkin ərizələrini təqdim edə bilərlər.

Xəbər lenti

Xəbər lenti