...

2006-2007-ci tədris ilində Turizm institutuna qəbul planı 200 yer təşkil edəcək

Cəmiyyət Materials 23 İyun 2006 17:37 (UTC +04:00)

2006-2007-ci tədris ilində Azərbaycanın ali təhsil məktəblərinə qəbul planında yeni yaradılmış Turizm İnstitutuna 200, o cümlədən ödənişli əsasda 105 yer ayrılıb.

Bu barədə Trend ə Azərbaycan Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

Turizm institutunda 3 fakultə fəaliyyət göstərəcək: 1. Turizm və sosial-mədəni servis xidməti. 2. Turizm menecmenti. 3. Turizm marketinqi.

Xatırladaq ki, Azərbaycan Nazirlər Kabinetinin institutun yaradılmasına dair qərarı 2006-cı ilin fevralında dərc olunub.

Xəbər lenti

Xəbər lenti