...

Amerikadan gəlmiş türk diaspor nümayəndələri Fəxri və Şəhidlər xiyabanlarında olublar

Cəmiyyət Materials 27 İyun 2006 14:31 (UTC +04:00)

Bakıda səfərdə olan Amerika Türk Assosiasiyaları Assambleyasının (ATAA) prezidenti Çengiz Vuralın rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını ziyarət ediblər. Trend in məlumatına görə, nümayəndə heyəti həmçinin XX əsrin əvvəllərində Azərbaycanın azadlığı uğrunda döyüşlərdə iştirak edərək şəhid olmuş türk əsgərlərinin xatirəsinə ucaldılmış abidə qarşısına da əklil qoyublar.

Qeyd edək ki, nümayəndə heyətinin Azərbaycana səfərinin əsas məqsədi Azərbaycanla daha yaxından tanış olmaq, ölkəmizdə həyata keçirilən iqtisadi inkişaf proqramlarının nəticələri, xalqımızın qədim və zəngin mədəniyyəti haqqında məlumat toplamaq, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı informasiya əldə etməkdən ibarətdir. Nümayəndə heyətinin Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, Türkiyənin Azərbaycandakı səfiri Turan Moralı və digər rəsmi şəxslərlə görüşləri planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti