Gəncə şəhərində Azərbaycan və Amerika arasında səhiyyə sahəsində təlim seminarı keçirilir. ABŞ-ın Bakıdakı səfirliyinin mətbuat xidmətindən Trend ə verilən məlumata görə, seminar ABŞ-ın Beynəlxalq Səhiyyə Birliyi (AİHA) tərəfindən gerçəkləşdirilən əməkdaşlıq lahiyəsi çərçivəsində təşkil olunub.
İyunun 30-da başa çatacaq tədbirdə Gəncə həkimləri və tibb bacıları iştirak edib. Təşkilatçıların əsas məqsədi müxtəlif xəstəliklərin profilaktikası ilə bağlı məsələləri müzakirə etməkdir. Həmçinin, 2006-cı ilin sentyabrında Gəncədə Təcili Tibbi Yardım Mərkəzinin açılışı ilə bağlı fikir mübadiləsi də aparılacaq.
Qeyd edək ki, tədbir 2004-cü ildən tərəfdaşlıq əlaqələri qurmuş Gəncə Səhiyyə İdarəsi və Kaliforniya ştatının "Ialley Care" sisteminin dəstəyi ilə keçirilir.