"Fənərbaxça" qadın voleybol klubunun Azərbaycanın voleybol yığması və "AzərReyl"in məşqçisi Faiq Qarayevə komandaya başçılıq etməklə bağlı irəli sürdüyü təklif aktual deyil.
Milli Federasiyanın mətbuat katibi Z.Gözəlbəylinin Trend ə verdiyi məlumata görə, hazırda məşqçi yığmanı Yaponiyada keçiriləcək dünya çempionatına hazırlayır. Buna görə də türklər gözləməli olacaq. "Gələcəkdə hadisələrin necə inkişaf edəcəyini bilmirəm. Ancaq "AzərReyl" çempionlar liqasında iştirak edirsə, o zaman klub yəqin ki, yarışda F.Qarayevin rəhbərliyi altında çıxış edəcək. Bundan başqa, Voleybol üzrə Avropa Konfederasiyası dörddə bir finalın qəbul edilməsi uğrunda mübarizədə Bakının namizədliyini dəstəkləyib", - deyə Z.Gözəlbəyli nəzərə çatdırıb.
Xatırladaq ki, "Fənərbaxça"nın son nəticələrindən narazı olan klub rəhbərliyi kollektivi gücləndirmək niyyətindədir və F.Qarayevin kluba dəvət olunması bu istiqamətdə ilk addımlardan biridir.