...

"Bakı" futbol klubu Azərbaycan çempionatını boykot edə bilər

Cəmiyyət Materials 4 İyul 2006 18:41 (UTC +04:00)

"Bakı" futbol klubu avqustun 5-də başlayacaq Azərbaycan çempionatında iştirakdan imtina edə bilər.

Trend xəbər verir ki, belə bir addımın səbəbi AFFA tərəfindən legionerlərin sayına qoyulan məhdudiyyətdir ki, bu məhdudiyyətə əsasən qarşıdakı birincilikdə komandanın tərkibində eyni zamanda yalnız 3 əcnəbi çıxış edə bilər. Bununla yanaşı, ölkə çempionunun seneqallı qapıçı Xalidu Sisoko, əsas tərkibin oyunçuları olan Cənubi Amerikalı Andre Ladaqa və Leandro Qomeş ilə müqavilələri var. Buna görə "Bakı" ötən mövsümdəki 5 nəfərlik məhdudiyyətin qüvvədə qalmasını istəyir.

Qeyd edək ki, hazırda "Bakı" Çempionlar Liqasında debütə hazırlaşır ki, burada komandanın ilk kvalifikasiya raundu üzrə rəqibi Gürcüstanın "Sioni" komandası olacaq.

Xəbər lenti

Xəbər lenti