...

Oktyabr ayında Avropa Azərbaycanlıları Konqresinin toplantısı keçiriləcək

Cəmiyyət Materials 5 İyul 2006 14:40 (UTC +04:00)

Bu ilin oktyabr ayında Avropa Azərbaycanlıları Konqresinin toplantısı keçiriləcək. Trend in məlumatına görə, bu barədə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov açıqlama verib.

O, bu il keçirilən irimiqyaslı tədbirlər sırasında Dünya Azərbaycanlıların ikinci Qurultayını xatırladıb. Sonra isə Türkiyədə dünya azərbaycanlıları ziyalılarının Forumu, Azərbaycan-türk diasporunun birgə konfransı keçirilib, diasporlar arasında bəyannamə imzalanıb. Amerika Azərbaycan Assosiasiyaları Assambleyasının yaradılması üçün ABŞ-dan gəlmiş təşəbbüs qrupunun toplantısı, Avropa Azərbaycanlıları Konqresinin yığıncağı olub. Bu il oktyabr ayında isə Avropa Azərbaycanlıları Konqresinin toplantısı keçiriləcək. N.İbrahimov bildirib ki, mədəniyyət və incəsənət xadimlərinin toplantısından sonra bu işin effektivliyini nəzərə alaraq dünya azərbaycanlıları elm adamlarının forumunu keçirilməsi planlaşdırılır. Onun sözlərinə görə, bu istiqamətdə işə başlanılıb, dünyada yaşayan azərbaycanlı elm adamlarının siyahısı tutulur. Müxətlif ölkələrdəki səfirliklər də bu işə cəlb olunublar. Komitə sədri deyib ki, dünyada media sahəsində çalışan Azərbaycan əsilli, Azərbycanda doğulub-böyümüş jurnalistlərin də birinci formunun keçirilməsi planlaşdırılır.

"Bir neçə gün ərzində toplanıb gələcəkdə hansı işləri görməli olduğumuzu müəyyən edəcəyik. Müxtəlif sahələrdə çalışan azərbaycanlıları disapor işinə cəlb etməyi nəzərdə tuturuq. Kəmiyyət məsələləri artıq öz rolunu oyanıb. Hansı ölkədə nə qədər azərbaycanlı yaşayır, onların mənafeyinin nəzərə alınması, səsinin eşidilməsi istiqamətində iş görülür. İndi disaporumuzun özünün aktivləşməsi, yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal rol oynamasını təmin etmək laımdır"-deyə komitə sədri vurğulayıb.

Xəbər lenti

Xəbər lenti