...

"Bakı" futbol klubuna qvineyalı hücumçu gəlib

Cəmiyyət Materials 6 İyul 2006 14:41 (UTC +04:00)

"Bakı" Çempionlar liqasının ilk ixtisas mərhələsinin startı ərəfəsində öz tərkibinin gücləndirilməsi üzrə işləri davam etdirir.

Trend in verdiyi xəbərə görə, hücum xəttinin gücləndirilməsi məqsədi ilə komanda əvvəllər "Gənclərbirliyi" klubunda çıxış edən qvineyalı Pate Banqurunu dəvət edib. Forvard Pyatiqorskun "Maşuk" klubu ilə müqavilə imzalamaqda olan Vadim Vasilyevi əvəz etməlidir. Bu halda ötən həftə ölkə çempionlarının tərkibinin gürcü Georgi Meqreladze ilə tamamlandığını nəzərə alaraq, "Bakı" qısa müddət ərzində artıq ikinci hücumçunu dəvət edib.

Qeyd etmək lazımdır ki, P.Banquradan başqa kollektiv bir illik müqavilə imzalamış serbiyalı müdafiəçi Darko Yovandiçi də öz sıralarına cəlb edib.

Xəbər lenti

Xəbər lenti