...

Turizm sahəsində əməkdaşlıq haqqında proqramın layihəsi Belarus hökumətinə təqdim olunacaq

Cəmiyyət Materials 11 İyul 2006 19:27 (UTC +04:00)

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi Belarusla turizm sahəsində əməkdaşlıq haqqında saziş layihəsi hazırlayıb. Sənəd həmin dövlətin hökumətinə təqdim olunub. Bu barədə Trend ə nazirlikdən xəbər veriblər.

Sənəd Azərbaycan və Bularus hökumətləri arasında turizm sahəsində əməkdaşlıq haqqında imzalanmış sazişə əsasən hazırlanıb. Proqramda tərəflərin 2006-2007-ci illər üçün qarşılıqlı fəaliyyətin genişləndirilməsi ilə bağlı təklifləri əks olunub. Proqramın hazırlanması haqqında qərar iqtisadi əməkdaşlıq haqqında Azərbaycan-Belarus hökumətlərarası komisssiyasının 2-ci iclası zamanı qəbul olunub.

Azərbaycan bu proqrama ölkədə turizmin inkişafı üzrə layihələrə investisiyaların cəlb edilməsi, birgə müəssisələrin yaradılması, tarixi yerlərə turist gəzintilərinin təşkili, turizm informasiya mərkəzlərinin yaradılması layihələrini də daxil edib.

Xəbər lenti

Xəbər lenti