...

Azərbaycan gimnastları Tbilisidən medalla qayıdıb

Cəmiyyət Materials 11 İyul 2006 21:01 (UTC +04:00)

Tbilisidə beynəlxalq turnirdə iştirak edən Azərbaycanın gənc gimnastları çoxlu sayda medalla qayıdıb.

Gimnastika Federasiyasından verilən məlumata əsasən, bütün finallarda mükafat qazanmış Leyla Şamilova ən yaxşı göstərici nümayiş etdirib. Bakı gimnastika məktəbinin 15 yaşlı yetirməsi halqa (23.475) və (24.1 xal) gürz ilə çıxışda 1-ci yer tuturaq Ukrayna və Gürcüstan idmançılarını geridə qoyub. Lentlə çıxışda (22.85) öz klub yoldaşı Ceyla Quliyeva ilə 2-ci yeri bölüşdürüb, iplə (22.75) isə 3-cü yerə çıxıb. Müxtəlif idman növləri üzrə yarışda Quliyeva 4-ü yeri tutub. Komandaya sonuncu medalı Zülfiyə Əliyeva qazandırıb. O, halqa ilə çıxışda Gürcüstan gimnastı ilə 3-4-ü yerləri bölüşdürüb. Müxtəlif idman növləri üzrə yarışda Z.Əliyeva həmçinin 5-6-cı yerləri bölüşdürüb. Bolqarıstanda bu yaxınlarda keçirilmiş turnirin mükafatçısı Zeynəb Cavadlı Tbilisi yarışlarının qala konsertində lentlə orijinal kompozisiya nümayiş etdirib.

Xəbər lenti

Xəbər lenti