...

Səhiyyə Nazirliyində kollegiya iclası keçirilib

Cəmiyyət Materials 13 İyul 2006 20:10 (UTC +04:00)

İyulun 13-də Səhiyyə Nazirliyində nazir Oqtay Şirəliyevin rəhbərliyi ilə kollegiya iclası keçirilib. Trend xəbər verir ki, iclasda respublikada ekoloji vəziyyət və sanitariya-epidemioloji xidmət tərəfindən bu sahədə görülmüş işlər müzakirə olunaraq, müvafiq qərar qəbul edilib.

Nazirliyin kollegiyasında külli miqdarda çirkab sularının təmizlənmədən Xəzər dənizinə axıdıldığı qeyd edilib. Bakının Nəsimi, Sabunçu, Əzizbəyov, Binəqədi və Qaradağ rayonlarında müxtəlif tikililərin gedişi zamanı ətraf mühitin qorunması məsələlərinə ciddi yanaşılmadığı vurğulanıb. Kollegiyada qeyd edilib ki, Bakı və Abşeron yarımadasının yaşayış məntəqələrində fərdi tikinti işləri genişlənib. Lakin bu evlərin tikintisi üçün sahələr ayrılarkən müvafiq kommunikasiyaları (su, kanalizasiya) olmayan ərazilər seçilir ki, bu da sonradan əhali üçün boyük problemlər yaradır.

Bütün problemləri müzakirə etdikdən sonra kollegiya qərar qəbul edib. Qəbul olunmuş qərara əsasən Səhiyyə Nazirliyinin nəzdində ətraf mühit amillərinin əhalinin sağlamlığına təsirinin öyrənilməsi üzrə bu sahədə aparıcı alim və mütəxəssislərdən ibarət Koordinasiya Şurası yaradılıb, şuranın tərkibi təsdiq olunub.

Ətraf mühit amillərinin əhalinin sağlamlığına təsirinin öyərinlməsi və bu təsirlərin aradan qaldırılmasına yönəldilmiş tədbirlərin işlənib hazırlanması məqsədi ilə Respublika Gigiyena və Epidemiologiya Mərkəzində Sosial-gigiyena monitorinqi şöbəsinin yaradılması qərara alınıb.

Kollegiyada həmçinin ətraf mühitin əhalinin sağlamlığına mənfi təsir göstərən zərərli amillərinin qarşısının alınması sahəsinədə dövlət sanitariya nəzarətinin həyata keçirilməsi zamanı yol verilən nöqsan və çatışmazlıqlar qeyd edilib. Kollegiyanın qərarı ilə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə ərazi gigiyena və epidemiologiya mərkəzlərinin fəaliyyətinin araşdırılması barədə müvafiq göstəriş verilib.

Xəbər lenti

Xəbər lenti