...

ABŞ səfirliyi "Yeni Fikir" liderlərinin işi ilə bağlı məhkəmənin qərarına münasibət bildirib

Cəmiyyət Materials 13 İyul 2006 20:27 (UTC +04:00)

Trend agentliyinin məlumatına əsasən, bu gün ABŞ səfirliyi "Yeni Fikir" gənclər təşkilatının üç liderinin məhkəmə qərarı ilə bağlı mövqeyini bildirən məlumat yayıb.

Burada bildirilir ki, qanun qarşısında bərabər müdafiə hüququ, günahsızlıq prezumpsiyası, qərəzsiz mühakimə bütün demokratik cəmiyyətlərin fundamental prinsipləridir.

ABŞ səfirliyi Azərbaycan hökumətini kriminal ədalətin ən yüksək standartları və insan hüquqlarına riayət etməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti