...

Azərbaycanın tennis yığması Devis Kubokunda çıxışına başlayır

Cəmiyyət Materials 19 İyul 2006 13:10 (UTC +04:00)

Azərbaycanın tennis yığması Avropa-Afrika zonasının 4-cü qrupunda Devis kubokunda çıxış edəcək. Oyunlar iyulun 19-da Maltada başlayacaq.

Trend in xəbər verdiyi kimi, komandanın tərkibinə ən yaxşı yerli tennis ustası Emin Ağayev, o cümlədən Fərid Şirinov, Ramin Hacıyev və Fəxrəddin Şirinov daxildir. Onlar daha yüksək diviziona vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq. Qeyd edək ki, Emin ayağının zədələnməsi ilə əlaqədar demək olar ki, bütün mövsümü buraxaraq bir il ərzində komanda yoldaşlarına kömək edə bilməyib. Kollektiv yarımqrupda uğurla çıxış etməli və yığmanın minimum tapşırıqları yerinə yetirməsinə zəmanət verən ilk yerlərdən birini tutmalıdır.

Qeyd etmək lazımdır ki, 4-cü qrupda İslandiya, Mavritaniya, Madaqaskar, Benin, Seneqal, San-Marino və Uqanda tennisçiləri də mübarizə aparacaq.

Xəbər lenti

Xəbər lenti