...

Olimpiya çempionu Fərid Mansurov Münhendə müalicə kursu keçir

Cəmiyyət Materials 19 İyul 2006 16:38 (UTC +04:00)

Afina Olimpiadasının yunan-roma döyüş növü üzrə çempionu Fərid Mansurov Münhendə müalicə alır.

Trend in xəbər verdiyi kimi, almaniyalı həkimlər artıq bir il yarımdır ki, kürəyindən aldığı zədə sağalmayan istedadlı pəhləvanın gələcək karyerasını davam etdirib-etdirməyəcəyi ilə bağlı qərar çıxarmalıdır. Bu yaxınlarda Fərid Moskva klinikasında da olub. Ancaq bundan sonra da lazımi səviyyədə çıxış edə bilməyib. Buna görə də "klassik"in xalça üzərinə nə vaxt dönəcəyi və azarkeşləri sevindirəcəyi hələlik məlum deyil. Həm də bu yaxınlarda gələn ilin lisenziya yarışları başlayacaq və burada tam proqram üzrə çıxış etmək lazım gələcək.

Qeyd etmək lazımdır ki, dünya və Avropa çempionatlarını, o cümlədən Bakıda keçirilmiş "Qızıl Qran Pri" finalını buraxmış idmançı bütün bu vaxt ərzində yüngülləşdirilmiş proqram üzrə məşqlər edib.

Xəbər lenti

Xəbər lenti