...

Jurnalistlərin hökümətin fəaliyyəti haqqında məlumat əldə etməsi metodlarının yaxşılaşdırılması üzrə ATƏT-in Azərbaycandakı seminarı başa çatıb

Cəmiyyət Materials 20 İyul 2006 16:48 (UTC +04:00)

Jurnalistlərin hökümətin fəaliyyəti haqqında məlumatı əldə etməsi metodlarının yaxşılaşdırılması, həmçinin KİV hökümət nümayəndələri və orqanları arasında əlaqələrin möhkəmləndirilməsi üzrə ATƏT-in Bakıdakı seminarı başa çatıb. Trend in xəbər verdiyi kimi, bu barədə ATƏT-in Bakı ofisinin məlumatında qeyd olunub.

"Hökümət və jurnalistlər arasında effektiv informasiya mübadiləsi və peşəkar qarşılıqlı əlaqə müasir demokratiyanın əsasıdır", - deyə ATƏT-in KİV azadlığı üzrə nümayəndəsinin baş müşaviri Boris Boldırev qeyd edib.

Üçgünlük tədbirdə Azərbaycanın aparıcı media-orqanlarının nümayəndələri, həmçinin Prezident icra aparatı və Nazirlər Kabineti də daxil olmaqla, müxtəlif dövlət instansiyalarının mətbuat xidmətlərinin rəhbər və nümayəndələri də iştirak edəcək. Müzakirələr Azərbaycanın informasiyanın əldə olunması barədə yeni qanununun maddələrinin yerinə yetirilməsinə yönəldilib.

Xəbər lenti

Xəbər lenti