...

İndiyədək BMT QAK-ın Bakı nümayəndəliyinə Livan qaçqınları tərəifndən heç bir müraciət daxil olmayıb

Cəmiyyət Materials 20 İyul 2006 18:43 (UTC +04:00)

İsrail ordusunun Livanda hərbi əməliyyatlara başladığı gündən BMT-nin Qaçqınlar üzrə Ali komissariatının (BMT QAK) Bakı nümayəndəliyinə Livan qaçqınlarından onlara qaçqın statusunun verilməsi barədə heç bir məlumat daxil olmayıb. Bu barədə Trend ə təşkilatın Bakı ofisinin nümayəndəsi Vüqar Əbdülsəlimov bəyan edib.

V.Əbdülsəlimovun sözlərinə görə, bir qayda olaraq, hərbi münaqişələr və müharibələr zamanı qaçqınlar qonşu ölkələrdə sığınacaq tapmağa çalışır, yalnız bundan sonra üçüncü ölkənin sərhəddini keçir və sığınacaq istəyirlər. Bu halda, İsrail ordusu bu yaxınlarda Livanda hərbi əməliyyatlara başlayıb və qısa vaxt ərzində qaçqınlar Azərbaycana gəlib çata bilməzdilər.

BMT QAK ofisinin nümayəndəsi Livan qaçqınlarının ölkəyə böyük axın etdiyini istisna edib və qeyd edib ki, Azərbaycan coğrafi cəhətdən Livandan uzaqda yerləşir, qaçqınlar çətin ki, bu qədər uzun məsafəni dəf etmək istəyər.

Xəbər lenti

Xəbər lenti