...

Azərbaycanın işğal olunmuş ərazilərindəki yangınlar üzündən heyvanların azad zonalara kütləvi axını müşahidə olunur

Cəmiyyət Materials 20 İyul 2006 20:18 (UTC +04:00)

Azərbaycanın işğal olunmuş ərazilərində törədilən fasiləsiz yanğınlar nəticəsində heyvanların (vəhşi, sürünən, gəmirici və s.) azad zonalara kütləvi axını müşahidə olunur. Trend agentliyinin Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinə istinadən yaydığı məlumata əsasən, vəziyyətin ağırlığını nəzərə alaraq, iyulun 24-də xidmətin bir qrup mütəxəssisi sərhəd rayonlarına ezam olunacaq.

Mütəxəssislər rayonlarda baxış keçirəcək, nəzarət tədbirləri görəcək, əhali arasında sorgu aparacaq, ölmüş və sağ qalmış heyvanlardan götürülmüş nümunələrin bakterioloji və virusoloji müayinəsini aparacaq.

Aparılan müşahidələr zamanı erməni ordusunun işğalı altında olan bölgələrlə sərhəd rayonların epidemioloji və epizootoloji vəziyyəti tam olaraq bir daha araşdırılacaq.

Bu tədbirlərdə dövlət xidmətinin mütəxəssislərilə yanaşı, Səhiyyə Nazirliyinin nümayəndələri də iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti