...

"Media açarı" mükafatının təqdimat mərasimi keçirilib

Cəmiyyət Materials 21 İyul 2006 18:58 (UTC +04:00)
"Media açarı" mükafatının təqdimat mərasimi keçirilib

Azərbaycan Milli Mətbuatının 131-ci ildönümü münasibətilə iyulun 21-də "Avropa" otelində "Media açarı" mükafatının təqdimetmə mərasimi keçirilib. Trend in məlumatına görə, toplantıda media orqanlarının, ictimai, siyasi təşkilatların rəhbərləri, jurnalistlər, ziyalılar iştirak ediblər.

Qeyd edək ki, "Yeni Nəsil" Jurnalistlər Birliyinin, Müstəqil Jurnalistlər Liqasının və "Ruh" Jurnalistləri Müdafiə Komitəsinin birgə təşəbbüsü ilə hər il ənənəvi olaraq fərqlənən yazılara "Media açarı" mükafatı verilir. Builki mükafatda 5 nominasiya olub. Tədbirin əvvəlində Mətbuat Şurasının səlri Əflatun Amaşov, Prezident Aparatı ictimai-siyasi şöbənin müdir müavini Ərəstun Mehdiyev, Müstəqil Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli çıxış edərək Azərbaycan mətbuatının bugünkü inkişafından, ölkədə çap olunan qəzetlərinin sayının çoxluğundan, mətbuata dövlət qayğısından danışıblar. Sonra qaliblər elan olunub.

Qarabağ mövzusuna aid xüsusi mükafat nominasiyasında "Media açarı"na "Onlar heç vaxt böyüməyəcək" kitabına görə Səmayə Müslümqızı layiq görülüb. Bu nominasiyada ikinci və üçüncü yerləri "Gün-səhər" qəzeti ilə "İki sahil" qəzetlərinin əməkdaşları layiq görülüblər. Araşdırma yazıları nominasiyası üzrə "Media açarı"nı "Jurnalistin nitq mədəniyyəti" kitabının tərcüməsinə görə Nəsir Əhmədov qazanıb. Reportaj nominasiyası üzrə "Media açarı"nı "Gün-səhər" qəzetinin əməkdaşı Asəf Quliyev alıb. İkinci yerə "Hesabat" jurnalından Zülfüqar Xeyirxəbərov, 3-cü yerə "Paritet" qəzetindən Südabə Eynullayeva layiq görülüb. Jurnalist təhqiqatı nrminasiyasının ilk qalibi "Yeni Müsavat" qəzetinin əməkdahı Rey Kərimoğlu olub. İkinci yeri "Xəzər" qəzetindən Şahbaz Şamuoğlu, 3-cü yeri "Gün-səhər"dən Elxan Salahov tutub. Publisistika janrı üzrə "Media açarı"nı "525-ci qəzet"də çıxan yazısına görə Arif Hüseynov qazanıb, 2-ci yerə "Gün-səhər"dən Etibar Cəbrayılov, 3-cü yerə "Xəzər"dən Mənsurə Səttarova layiq görülüb. Fotoillüstrasiya

janrına görə isə "Media açarı" verilməyib, ikinci yeri "Ayna-Zerkalo" qəzetinin fotomüxbiri Camal Bağırov, 3-cü yeri "Turan"ın əməkdaşı Elxan Kərimov tutub.

Qeyd edək ki, "Media açarı" mükafatının baş sponsoru olan "Azersell" şirkətinin Milli mətbuat Günü münasibəti ilə özünün xüsusi mükafatları da olub. Şirkət onunla çıx əməkdaşlıq etdiyinə görə bir neçə qəzeti və üç informasiya agentliyini, o çümlədən Trend agentliyini mükafatlandırıb.

Xəbər lenti

Xəbər lenti