Azərbaycan qroyssmeysteri Teymur Rəcəbov iyulun 24-də Bildə (İsveçrə) keçiriləcək ənənəvi beynəlxalq turnirdə iştirak edəcək.
Trend in xəbər verdiyi kimi, yarışda həmçinin Rusiyadan Aleksandr Morozeviç, Norveçdən Maqnus Karlsen, Kubadan Lazaro Bruzon, Ukraynadan Andrey Volokitin və isveçrəli Yanik Peletye iştirak edəcək. Teymur üçün gələcək nüfuzlu start Turindəki Ümumdünya şahmat Olimpiadasından sonra birinci start və avqust ayında Maynsda keçiriləcək festival çərçivəsində tanınmış hind qrosmeysstri Vişvanatan Anand ilə görüşə hazırlıq mərhələlərindən biri olacaq.
Qeyd etmək lazımdır ki, ötən il Bildə keçirilən turnirin qalibi A.Volokitin olub və o, bu dəfə də öz titulunu qorumağa çalışacaq.