Azərbaycanın insan haqları üzrə müvəkkili Elmira Süleymanova "Vektor" beynəlxalq elmi mərkəzinin təsis etdiyi "XXI əsr ziyalılarının görkəmli nümayəndəsi" beynəlxalq diplomuna layiq görülüb. Bu barədə Trend ə Ombudsman Aparatından məlumat verilib.
Ombudsmanın adı mərkəzin nəşr etdiyi eyniadlı ensiklopediyaya daxil edilib. E.Süleymanova insan haqlarının müdafiəsi sahəsində xidmətlərinə, vətəndaşların problemlərinin həllində göstərdiyi köməyə görə bu mükafata layiq görülüb.