...

Azərbaycan BMT-nin İnsan haqları üzrə Şurasının seminarında iştirak edəcək

Cəmiyyət Materials 24 İyul 2006 15:50 (UTC +04:00)

Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti iyulun 26-28-də Cenevrədə keçiriləcək BMT-nin İnsan haqları üzrə Şurasının seminarında iştirak edəcək. Bu barədə Trend ə ombudsman aparatından bildiriblər.

Seminarda Şuranın birinci sessiyasının nəticələri, BMT-nin İnsan haqları üzrə Ali komissarlığının mandatı, insan haqlarının qorunması və şikayətlərə baxılma qaydalarının müzakirə ediləcəyi ehtimal olunur.

Xatırladaq ki,Şuranın ilk sessiyası iyunun 19-20-də Cenevrədə keçirilib və Azərbaycan, Şuranın tamhüquqlu üzvü kimi, sessiyada təmsil olunub.

Xəbər lenti

Xəbər lenti