...

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini icmaları Livan hadisələri ilə bağlı kəskin bəyanatlar verməkdən çəkinməyə çağırır

Cəmiyyət Materials 25 İyul 2006 17:30 (UTC +04:00)

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini icmaları Livan hadisələri ilə bağlı kəskin bəyanatlar verməkdən çəkinməyə çağırır. Trend in xəbər verdiyi kimi, bu barədə komitənin məlumatında deyilir.

Məlumatda bildirilir ki, son vaxtlar bir sıra dini icmalar KİV-də Yaxın Şərqdə baş verən son hadisələr, o cümlədən İsrail və Livan arasındakı hərbi münaqişə ilə bağlı kəskin bəyanatlarla çıxış edir. "Azərbaycanda tarix boyu müxtəlif din və məzhəblərin sülh və anlaşma şəraitində yaşadığını nəzərə alaraq bu dözümlülük və sabitliyin qorunmasını təmin etmək hər bir Azərbaycan vətəndaşının borcudur", - deyə sənəddə qeyd olunur.

Dövlət Komitəsi dini icmaları belə bəyanatlar verməkdən və dini ixtilaf yarada biləcək ifadələr səsləndirməkdən çəkinməyə, ölkə qanunvericiliyinə hörmətlə yanaşmağa çağırır.

Xəbər lenti

Xəbər lenti