...

Belarus və ya Yunanıstan yığmaları "Challenge" turnirinin yarımfinalında Azərbaycan komandasının rəqibi olacaq

Cəmiyyət Materials 27 İyul 2006 17:12 (UTC +04:00)

Belarus və ya Yunanıstan yığmaları bu günlərdə Bratislavada keçirilən "Challenge" turnirinin yarımfinalında Azərbaycanın gənclərdən ibarət otüstü xokkey yığmasının rəqibi olacaq.

Trend in xəbər verdiyi kimi, Feyzulla Rəhimbəyovun yetirmələri vaxtından qabaq pley-off mərhələsinə vəsiqə qazanıb. Buna görə də iyulun 27-də onların qrup mərhələsi çərçivəsində ukraynalılarla sonuncu görüşü formal xarakter daşıyacaq. Bu, rəqibə də aiddir. Çünki hər iki komanda yarımqrupda 9 xal toplayıb və rəqibləri üçün əlçatmaz olub. Digər yarımqrupda isə belaruslar liderliyi qoruyur. İkinci yerdə yunanlar gəlir.

Qeyd etmək lazımdır ki, daha yüksək "Trophy" divizionuna çıxmaq üçün xokkeyçilərimiz yarımfinalda qələbə qazanmalıdır.

Xəbər lenti

Xəbər lenti