...

"Qarabağ" UEFA Kubokundan çıxıb

Cəmiyyət Materials 28 İyul 2006 11:41 (UTC +04:00)

"Qarabağ" "Şəfa" stadionunda "Zimbru" ilə cavab qarşılaşmasında 1:2 hesabla məğlubiyyətdən sonra UEFA Kubokundan çıxıb.

Trend in məlumatına görə, əvvəlcə hər şey meydan sahibləri üçün yaxşı başlamışdı. Oyunun əvvəllərində Samir Musayev ağdamlıları irəli çıxardı. Ancaq fasilədən dərhal sonra Sergey Kirilov həm də iki oyunun cəminə görə hesabı bərabərləşdirib. Belə ki, iki həftə bundan əvvəl Kişinyov görüşü də 1:1 hesabla başa çatmışdı.

Ayrılmış birinci 15 dəqiqəlik əlavə vaxtda "Zimbru" futbolçusu Daniel Belaş başla vurduğu zərbə ilə komandasını irəli çıxarıb. "Qarabağ" isə UEFA Kubokunun növbəti raunduna çıxmaq üçün artıq 2 qol vurmalı idi. Ancaq klub bunun öhdəsindən gələ bilmədi.

Xəbər lenti

Xəbər lenti