...

İyulun 29-da I ixtisas qrupu üzrə abituriyentlərin ali məktəblərə qəbul imtahanı keçiriləcək

Cəmiyyət Materials 28 İyul 2006 15:39 (UTC +04:00)

İyulun 29-da I ixtisas qrupu üzrə abituriyentlərin 2006-2007-ci tədris ilində Azərbaycanın ali məktəblərinə qəbul imtahanları keçiriləcək.

Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend ə verilən məlumata görə, imtahanlar ölkənin 17 dövlət və 7 özəl ali məktəbinə 127 ixtisas üzrə keçiriləcək.

Həmin gün 29 587 abituriyent (28 144 nəfər Bakıda, 1443 nəfər Naxçıvanda) qəbul imtahanı verəcək. İmtahanların keçirilməsi üçün Bakıda 52, Naxçıvanda 3 bina ayrılıb. İmtahanların gedişinə Bakı, Sumqayıt və Naxçıvandan 2144 müəllim nəzarət edəcək.

Xəbər lenti

Xəbər lenti