...

Azərbaycanın 4 filmi festvalda iştirak edir

Cəmiyyət Materials 28 İyul 2006 20:00 (UTC +04:00)

Mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin verdiyi məlumata görə, hazırda dövlətin sifarişi ilə "Azərbaycanfilm" kinostudyasında və digər studyalarda 4 irimetrajlı film çəkilir. Bundan başqa isə hazırda Azərbaycanın 4 filmi də 7 beynəlxalq festvaldadır.

Əbülfəz Qarayev onuda bildirdi ki, kino sahəsində respublikamızın öz planı var və hazırda bunun üzərində iş gedir. Bu ilin sonuna kimi kinoteatrların marketinqi aparılacaq və sonra məlum olacaq ki, hansı rayon və şəhərində neçə kinoteatr lazımdır. Daha sonra isə kinoteatrların bərpası işlərinə başlanılacaq.

Xəbər lenti

Xəbər lenti