...

Azərbaycanda 2006-2007-ci tədris ilinə birinci ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir

Cəmiyyət Materials 29 İyul 2006 12:11 (UTC +04:00)

Trend agentliyi xəbər verir ki, bu gün 2006-2007-ci tədris ilinə I ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 17 dövlət və 7 özəl universitetdə 127 ixtisas üzrə ali hərbi məktəb və hərbi liseylərdə oxumağa iddialı olan abituriyent və namizədlər üçün qəbul imtahanı keçirilir. İmtahanda 29 587 abituriyent (Bakıda - 28 144, Naxçıvanda - 1 443) iştirak edir. Onların 22 236-sı - oğlan, 7 351-i - qızdır.

İmtahanın keçirilməsi üçün Bakıda - 52, Naxçıvanda isə - 3 bina ayrılıb. İmtahana Bakı və Sumqayit orta məktəblərindən 2 144 nəzarətçi, eləcə də 178 imtahan rəhbəri cəlb olunub.

İmtahanın gedişini müşahidə etmək istəyənlər TQDK-nın internet saytından istifadə edə bilər.

TQDK-dan bildiriblər ki, I ixtisas qrupundan olan 18 312 abituriyent cari ildə məktəbi bitirənlər (onların 13719-u - oğlan, 4 593-ü - qızlardır), 161 abituriyent isə xarici ölkə vətəndaşıdır (əksəriyyəti xaricdə yaşayan azərbaycanlılardır). I ixtisas qrupundan olan 128 abituriyent ali təhsillidir. Onların 114-ü - kişi, 14-ü qadındır. 884 abituriyent orta ixtisas təhsil müəssisələrinin məzunlarıdır. Onların 590-si - kişi, 294-ü - qadındır. Abuituriyentlər arasında ən yaşlısı 1954-cü il təvəllüdlü, ən gənci isə 1991-ci il təvəllüdlüdür.

Müstəqil ekspertlər imtahandan dərhal sonra I ixtisas qrupunun test imtahanlarının ekspertizasını keçirəcək. Ekspertiza başa çatdıqdan sonra düzgün cavablar TQDK-nin internet saytında yerləşdiriləcək.

Həmin gün "Space" telekanalı ilə TQDK-nın məsul işçiləri və ekspertləri imtahan suallarına verilmiş düzgün cavablar barədə məlumat verəcək və testlə bağlı bütün suallara cavab verəcəklər.

Xüsusi mühafizə altında olan cavab kartı yalnız avqustun 12-də keçiriləcək son imtahandan sonra yoxlanılacaq.

Xəbər lenti

Xəbər lenti