...

Azərbaycan Boks Federasiyasının prezidenti Ağacan Əbiyev AİBA-da rəhbər posta seçilə bilər

Cəmiyyət Materials 31 İyul 2006 13:36 (UTC +04:00)

Azərbaycan Boks Federasiyasının prezidenti Ağacan Əbiyev Həvəskar Boks üzrə Beynəlxalq Assosiasiyada (AİBA) rəhbər postlara namizədliyini verib.

AİBA-nın növbəti konqresi noyabrın əvvəllərində Dominikan Respublikasında keçiriləcək.

Trend ə verilən məlumata görə, A.Əbiyev təşkilatın vitse-prezidenti və ya baş katibi vəzifələrinə seçilmək niyyətindədir və bunun üçün şansları böyükdür. Bundan başqa o, AİBA İcraiyyə Komitəsinə daxildir və Assosiasiyanın Hakimlər Komitəsi sədrinin müavinidir. AİBA prezidentinin seçilməsi Konqresin gündəliyində əsas məsələ olacaq. Son illər ərzində bu vəzifəni Pakistandan olan professor Ənvər Çoudri icra edir. 60-dan çox ölkə Federasiyalarının Ə.Çoudrini dəstəkləməsini nəzərə alaraq, o, bu dəfə də həmin vəzifəyə seçilə bilər.

Xəbər lenti

Xəbər lenti