...

ATƏT Azərbaycanın İctimai televiziyasının fəaliyyətini öyrənib

Cəmiyyət Materials 31 İyul 2006 15:20 (UTC +04:00)

ATƏT-in ofisi tərəfindən keçirilən Azərbaycanın İctimai televiziyasına (İTV) yardım proqramının birinci hissəsi bu televiziyanın tələbatlarının qiymətləndirilməsinin başa çatması ilə tamamlanıb. Trend in xəbər verdiyi kimi, bu barədə ATƏT-in məlumatında qeyd olunub.

Qiymətləndirmənin məqsədi İTV-nin cari fəaliyyəti haqqında aydın mənzərə yaratmaq və təcili inkişaf üçün tələbatları müəyyən etməkdən ibarətdir. Trend in xəbər verdiyi kimi, iki beynəlxalq və bir yerli məsləhətçidən ibarət BBC komandası əsas ştatı sorğu-sual edib və İTV-nin redaksiya siyasətini, Teleradioyayım üzrə Şuranın rolunu, proqramlaşdırma, texniki infrastrukturu və treninqlərin proqramını müzakirə etmək üçün yerli KİV-in ekspertləri ilə görüşüb.

"Təxminən bir il əvvəl yaradılmış Azərbaycanın İctimai Televiziyası təsir bağışlayan nəticələr əldə edib, lakin o, hələ uzun yol keçməlidir", - deyə ATƏT-in Bakı ofisinin başçısının müavini Robin Sivord bildirib. "Biz ümid edirik ki, bu layihənin nəticələri İTV-yə yeni inkişaf səviyyəsinə çatmağa və beləliklə də, yüksək dərəcədə peşəkar ictimai yayım xidməti olmağa yardım edəcək", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti