...

Ukrayna Azərbaycanlıları Konqresi Ukraynanın müstəqillik günü münasibəti ilə geniş tədbir keçirəcək

Cəmiyyət Materials 11 Avqust 2006 16:05 (UTC +04:00)

Ukrayna Azərbaycanlıları Konqresi avqustun 24-də Ukraynanın müstəqillik günü münasibəti ilə geniş tədbir keçirəcək. Bu barədə Trend Agentliyinə Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) sədri Oqtay Əfəndiyev məlumat verib.

Onun sözlərinə görə, tədbirdə UAK rəhbərliyinin, Azərbaycanın Ukraynadakı səfirliyi nümayəndələrinin, Ukrayna Ali Radası deputatlarının, elm, mədəniyyət xadimlərinin, fəal diaspor nümayəndələrinin iştirakı planlaşdırılır. UAK hazırda bu bayram tədbirinə hazırlıq görür.

O.Əfəndiyevin sözlərinə görə, noyabrda isə Ukraynada Azərbaycan günlərinin keçirilməsi planlaşdırılır: "Bu tədbirlərin əsas təşkilatçılıq işləri ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi məşğul olacaq. Biz isə razılaşdırma işlərini həyata keçiririk. Hələlik hazırlıq mərhələsindəyik. Ukrayna Azərbaycanlıları Konqresinin İdarə Heyətinin iclasında bu məsələ müzakirə ediləcək. Ondan sonra Azərbaycan günlərinin keçirilməsi ilə bağlı UAK-ın üzərinə düşən vəzifələr müəyyənləşəcək".

Xəbər lenti

Xəbər lenti