...

Gənclər və idman naziri sentyabrda Çinə, ilin sonunda isə Qazaxıstan və Ukraynaya səfər edəcək

Cəmiyyət Materials 12 Avqust 2006 12:18 (UTC +04:00)

Azərbaycanın bir neçə ölkə ilə gənclər siyasəti haqqında niyyət protokolları və tədbirlər planı mövcuddur. Bu barədə Trend ə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Raqif Abbasov bildirib.

R.Abbasov onu da bildirib ki, Azərbaycanın bir neçə ölkə ilə gənclər siyasəti haqqında niyyət protokolları və tədbirlər planı mövcuddur: "Bu sıraya Moldova, Ukrayna, Rusiya, Türkiyə, Gürcüstan, Səudiyyə Ərəbistanı daxildir. Bu ölkələrin sayı yaxın vaxtlarda artacaq. Çin, Qazaxıstan və digər dövlətlərlə də niyyət prttokollarının imzalanması nəzərdə tutulub".

R.Abbasov onu da bildirib ki, mart ayında Gürcüstan dövlətinin, iyunda Səudiyyə Ərəbistanı Krallığının nümayəndələri, avqustda Türkiyənin baş nazirinin müavini bu məsələlərin həyata keçirilməsi ilə bağlı Bakıda səfərdə olublar: "Hazırda gənclər və idman naziri Azad Rəhimov Kanadanın Toronoto şəhərində QİÇS-lə bağlı beynəlxalq tədbirdə iştirak edir. Nəzərdə tutulub ki, nazir bu ölkənin gənclər sahəsində məsul şəxsləri ilə görüşsün".

R.Abbasov əlavə edib ki, nazir A.Rəhimov sentyabrda Çinə, ilin sonunda isə Qazaxıstan və Ukraynaya səfər edəcək, tərəflər arasında niyyət protkolları imzalamaq barədə danışıqlar aparacaq.

Nazirliyin rəsmisi məlumat üçün bildirib ki, Azərbaycanda əhalinin 60 faizindən çoxu gəncdir. Bunun 30 faizini 18 yaşına qədər, 33 faizini isə18-35 yaşlı gənclər təşkil edir. Bakıda 60 min nigah bağlamış gənc ailə var. Gəncliyin əsas problemlərindən biri mənzil və işğal edilən torpaqların geri qaytarlımasıdır.

Xəbər lenti

Xəbər lenti