...

Savalan dağına yürüş günü İran hökuməti Güney Azərbaycanda hərbi təlimlər keçirəcək

Cəmiyyət Materials 21 Avqust 2006 16:22 (UTC +04:00)

Avqustun 22-də İranın hərbi qüvvələrinin geniş miqyaslı təlimlər keçməsi Savalan dağına yürüşün təntənəli şəkildə qeyd edilməsinə maneə törədəcək. Bu barədə Trend ə Güney Azərbaycan Milli Hərəkatını Müdaifə Komitəsinin sədri Cahandar Bayoğlu məlumat verib.

Qeyd edək ki, 2002-ci ildən bəri Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin vəfat günü - avqustun 22-də Güney Azərbaycanda Savalan dağına yürüş günü kimi qeyd olunur. Bu il artıq bir neçə gündür ki, Savalana yürüş başlanıb, güneyli soydaşlarımız ayrı-ayrı qruplar şəklində dağı ziyarət edirlər. Ziyarət avqustun 22-də başa çatdırılmalıdır.

C.Bayoğlunun sözlərinə görə, hər il olduğu kimi, bu dəfə də İran hakimiyyəti azərbaycanlıların kütləvi tədbirlərinə, yürüşlərinə mane olmaq üçün hərbi qüvvələrdən istifadə edir. Onun sözlərinə görə, İran hökuməti sabah ölkənin şimalında - Güney Azərbaycan əraziləridə hərbi təlimlərə başlayacaq, bununla əlaqədar Savalan dağının ətrafı hərbi qüvvələrlə doldurulacaq və yürüşün baş tutması əngəlləncək: "İran xarici ölkələrə öz gücünü nümayiş etdirmək üçün belə bir hərbi təlimlər keçirəcək. Təlimlərin məhz avqustun 22-də aparılmasını isə təsadüfi hesab etmirik. Bu, hər dəfə olduğu kimi, yenə də azərbaycanlıların dinc aksiyalarının qarşısının alınmasına yönəlib" - deyə müdafiə komitəsinin rəhbəri vurğulayıb.

Xəbər lenti

Xəbər lenti