...

22 bakalavr ARDNŞ hesabına xaricdə təhsil almaq üçün xarici dil müsabiqəsindən keçəcək

Cəmiyyət Materials 29 Avqust 2006 18:31 (UTC +04:00)

Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarına keçirilmiş qəbul imtahanlarında 80-dən çox bal toplamış 22 bakalavr təhsilini xarici ölkələrin nüfuzlu ali təhsil məktəblərində davam etdirmək üçün Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına müraciət edib. Bu barədə Trend ə TQDK-dan məlumat verilib.

Bu imkanı bakalavrlara ARDNŞ verir. TQDK-dan bildirilib ki, bu günlərdə dövlət komissiyası onlar üçün müsahibə təşkil edəcək.

20 bakalavrın xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrinə göndərilməsi təşəbbüsü ilə prezident İlham Əliyev çıxış edib. Onlar neft sahəsi üzrə mütəxəssis kimi təhsil alacaq. Bu günlərdə müsabiqədən keçmiş namizədlər xarici dildən daha bir imtahan verəcək.

Xəbər lenti

Xəbər lenti