...

İKT turizm nazirlərinin Bakıda keçiriləcək toplantısında iştirak edəcək QKTC nümayəndə heyəti sentyabrın 11-də gələcək

Cəmiyyət Materials 4 Sentyabr 2006 15:10 (UTC +04:00)

İslam Konfransı Təşkilatına (İKT) üzv olan dövlətlərin turizm nazirlərinin 9-10 sentyabrda Bakıda keçiriləcək növbəti toplantısında Quzey Kıprıs Türk Cümhuriyyətini (QKTC) İqtisad və Turizm Nazirliyinin müstəşarı Mehmet Başelin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Bu barədə Trend ə QKTC-nin Azərbaycandakı təmsilçisinin müavini Erek Çağaytay bildirib.

E.Çağatay qeyd edib ki, M.Başel Bakıda keçiriləcək adıçəkilən toplantıda irştirak etməklə yanaşı bir sıra görüşlər planlaşdırıb. O da bildirilib ki, M.Başellə yanaşı Bakıya Din İşləri Dairəsi müdiri Ahmet Yönlüer də gələcək. QKTC-nin nümayəndə heyəti Bakıya sentyabrın 11-i gələcək. Sentyabrın 13-ü isə vətənə dönəcəklər.

Xəbər lenti

Xəbər lenti