Olimpiadanın boks üzrə bürünc mükafatçısı Ağası Məmmədov növbəti dəfə tibbi müayinədən keçmək üçün Moskvaya yola düşüb.
İdmançının Trend ə verdiyi məlumata görə, rusiyalı həkimlər avtomobil qəzasından sonra atletin sağalma prosesini yoxlayacaq.
"Mən özümü yaxşı hiss edirəm və yaxın vaxtlarda rinqə qayıtmaq arzusundayam. Hazırda Azərbaycan yığmasının heyətində Bakıda keçiriləcək komandalararası dünya kubokuna hazırlaşıram. Buna görə də Moskvaya səfər adi formallıqdan başqa bir şey deyil", - deyə boksçu qeyd edib.
2003-cü il dünya çempionatının qalibi A.Məmmədov onu da bildirib ki, tədricən əvvəlki formaya düşməyə başlayır.