...

Azərbaycan və Türkiyənin turizm nazirləri İKT çərçivəsində gələcək fəaliyyət məsələlərini müzakirə edib

Cəmiyyət Materials 12 Sentyabr 2006 17:17 (UTC +04:00)

Sentyabrın 12-də Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev İKT turizm nazirlərinin konfransında iştirak etmək üçün Bakıya gəlmiş türkiyəli həmkarı Atilla Koçla görüşüb.

Trend in xəbər verdiyi kimi, hər iki idarə arasında əməkdaşlığın yüksək səviyyəsini qeyd edən Ə.Qarayev İKT çərçivəsində əməkdaşlığın daha da genişlənəcəyinə əmin olduğunu bildirib.

Türkiyənin mədəniyyət və turizm naziri İKT turizm nazirlərinin növbəti konfransının Azərbaycanda keçirilməsinə böyük önəm verib. Onun sözlərinə görə, Azərbaycan təşkilatda layiqli yer tutub. İki mühüm tədbirin - təşkilatın XİN başçılarının və turizm nazirlərinin iclaslarının Azərbaycanda keçirilməsi buna dəlalət edir. "Türkiyə təşkilatın digər üzvləri ilə əməkdaşlığın genişləndirilməsində Azərbaycana yardım göstərməyə həmişə hazırdır",- deyə qonaq qeyd edib.

Xəbər lenti

Xəbər lenti