...

5 azərbaycanlı abituriyent ABŞ və Malayziyanın nüfuzlu ali təhsil müəssisələrinə göndəriləcək

Cəmiyyət Materials 18 Sentyabr 2006 16:40 (UTC +04:00)

Azərbaycanın ali təhsil məktəblərinə qəbul imtahanlarında 400-dən çox bal toplamış 5 azərbaycanlı abituriyent ABŞ və Malayziyanın nüfuzlu ali təhsil müəssisələrinə göndəriləcək. Bu barədə Trend ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

Abituriyentlər təhsillərini ABŞ-ın "George Mason" Universiteti və Malayziyanın Texnologiya Universitetində davam etdirəcək. Bu barədə razılaşma Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə universitetlər arasında əldə olunub.

Müsabiqəyə ingilis dilini sərbəst bilən I ixtisas qrupu üzrə abituriyentlər buraxılacaq. Müsabiqədən keçən abituriyentlər təqaüdlə təmin olunacaq. Müsabiqədə iştirak etmək istəyənlər sentyabrın 18-dən 22-dək TQDK-ya müraciət edə bilər.

Xəbər lenti

Xəbər lenti