...

Belçikanın futbol yığması Azərbaycanla oyun ərəfəsində itkiyə məruz qalıb

Cəmiyyət Materials 26 Sentyabr 2006 15:19 (UTC +04:00)

Belçikanın futbol yığması 2008-ci il Avropa çempionatı çərçivəsində oktyabrın 11-də Brüsseldə Azərbaycana qarşı seçmə oyunu ərəfəsində itkiyə məruz qalıb.

Trend in xəbər verdiyi kimi, meydan sahiblərinin məşqçi qərargahı "Brügge"nin yarımmüdafiəçisi Kun Derdenin xidmətlərindən istifadə edə bilməyəcək. O, üç həftə ərzində yığmaya qayıda bilməyəcək.

Futbolçu hələ Ermənistan yığması ilə təsnifat qarşılaşmasında zədələnmişdi (bu oyun 1:0 hesabı ilə belçikalıların xeyrinə başa çatmışdı). Həkimlər təsdiqləyir ki, yarımmüdafiəçinin zədəsinin tam sağalması üçün yüngülləşdirilmiş proqram üzrə məşqlərə 3 həftə vaxt lazım olacaq.

24 yaşlı yarımmüdafiəçi UEFA Kubokunun birinci dövrəsinin cümə axşamı "Rujomberok"a qarşı cavab görüşündə də iştirak etməyəcək.

Xəbər lenti

Xəbər lenti