...

Bütün Kareliya azərbaycanlıları vahid "Azərbaycan" cəmiyyətində birləşirlər

Cəmiyyət Materials 2 Oktyabr 2006 17:33 (UTC +04:00)

Bütün Kareliya azərbaycanlıları bir cəmiyyətdə - "Azərbaycan" cəmiyyətində birləşirlər. Bu barədə həmyerlilərimizin əvvəllər mövcud olan diaspor təşkilatlarını özündə birləşdirən Kareliya azərbaycanlılarının "Azərbaycan" cəmiyyətinin sədri Gürşad Gülmaliyev Trend ə verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu yaxınlarda həyata keçirəcəkləri planları müəyyən ediblər: bu, bir yarım ay ərzində paytaxtda 150 nəfərlik ofisin alınması və orada Azərbaycan mədəniyyət mərkəzinin yaradılması, uşaqlarımıza Azərbaycan dilini, Azərbaycan mədəniyyətini öyrətmək üçün bazar günü məktəbinin açılışı, uşaq rəsmlərinin, Azərbaycan ustalarının əl işləri sərgisinin keçirilməsidir.

"Artıq Azərbaycan mədəniyyəti, musiqisi, mətbəxi haqqında verilişin yaradılmasına dair "Nika+" yerli özəl televiziya şirkəti ilə danışıqlar aparılıb. Bu çox mühüm məsələdir, çünki insanlar görməlidir ki, azərbaycanlılar - yalnız bazarda ticarət edən insanlar deyil, müxtəlif sahələrdə işləyən, ziyalı, alim azərbaycanlılar da var", - deyə G.Gülmalıyev bəyan edib.

Azərbaycanlıların dövlətin hökümət orqanları və yerli özünüidarəetmə orqanlarında daha çox təmsil olunma üsulları haqqında suala cavab verən "Azərbaycan" cəmiyyətinin sədri qeyd edib ki, bu məsələ üzrə işlər görülüb və bundan sonra da çox fəal şəkildə görüləcək. "Azərbaycanlılar yalnız paytaxtda deyil, həm də respublikanın digər rayonlarında yaşayırlar. Məsələn, Seqejdə çoxlu həmyerlilərimiz var. Orada bütün Avropaya kağız torbalarının 80% -ni verən sellüloz-kağız kombinatı var. Bir azərbaycanlı Seqeji şəhər şurasının deputatıdır. Biz şəhər və respublikada bütün ictimai-siyasi tədbirlərdə və mədəni aksiyalarda fəal iştirak edirik, axı yerli əhaliyə və digər millətlərə hər şeydən əvvəl bizim kim olduğumuzu, mədəniyyətimizi, musiqimizi, mətbəximizi göstərməliyik. Petrazavodsk şəhərinin meri hər rüb bizi bir yerə yığır, respublika başçısı, hökümət üzvləri bizimlə görüşür", - deyə G.Gülmalıyev vurğulayıb və RF Regional İnkişaf Nazirliyinin millətlərarası münasibətlər üzrə Departamentinin rəhbəri Aleksandr Juravs

ki, insan haqları üzrə müvəkkil Vladimir Lukin və Moskvanın digər rəsmi şəxsləri ilə yaxşı münasibətlərin olmasına xüsusi diqqət yetirib.

Kondopoqdakı hadisələrə gəlincə Gürşad Gülmalıyev hesab edir ki, həmin hadisələr azərbaycanlı icmasının imicinə heç bir təsir göstərməyib, çünki bu hadisələrdə azərbaycanlılar - zərər çəkmiş tərəfdir. "Biz təcavüzkar deyilik, bu münaqişəni biz başlamamışıq. Bu məsələnin əsl səbəbi biznes, mülkiyyətin bölüşdürülməsidir. Həmin məsələ çoxdan yetişib və nüfuzlu cinayət qruplaşmalarının 3-4 nümayəndəsinin azadlığa buraxılmasından sonra yerli cinayətkarlar məhz bu yolla obyekti ələ keçirmək qərarına gəliblər. Lakin hətta onlar da baş verənlərin nəticəsinə görə təəssüflənmədilər, çünki onlar heç düşünmürdülər ki, bu hadisə kəskin millətlərarası ziddiyyətlərə səbəb ola bilər. Prinsip etibarilə, hadisələrdə iştirak edən gənc kondopoqalılar alkoqol və narkotiklərin təsiri altında idilər, bütün bunların təşkilatçısı isə moskvalılar və piterlilər idi", - deyə Kareliya azərbaycanlılarının lideri bildirib.

Kondopoqa hadisələrinin səbəbləri barədə düşünərkən G.Gülmalıyev hadisələri onunla əlaqələndirib ki, təəssüf ki, indiyədək Rusiyada dövlət səviyyəsində dəqiq milli siyasət yoxdur. Onun sözlərinə görə, buna görə hər zaman hökümət və prezidenti Dövlət Dumasının tribunalarından tənqidə tutublar. Təəssüf ki, Rusiyada Qanunsuz mühacirətə qarşı Hərəkat (QMQH) kimi faşistlik edən təşkilatlar var, lakin Gürşad Gülmalıyev millətlərarası münasibətlərin qəsdən kəskinləşməsinin RF-nin dövlət siyasətinin maraqlarına cavab verdiyini düşünmür.

Kareliya Respublikasının Federal miqrasiya xidmətinin məlumatına görə, 2006-cı ilin 8 ayı ərzində Kareliya ərazisində 660 Azərbaycan vətəndaşı müvəqqəti, 31 Azərbaycan vətəndaşı daimi qeydiyyata düşüb, 2005-2006-cı illər ərzində isə 30 Azərbaycan vətəndaşı RF vətəndaşlığını alıb. "Rəsmi məlumatlara görə, cəmi 1735 azərbaycanlı qeydiyyata alınıb, əslində isə mən onların daha çox olduğundan əminəm", - deyə Gürşad Gülmalıyev bildirib.

Xəbər lenti

Xəbər lenti