...

Bakıda qızlar arasında futbol üzrə Avropa birinciliyinin seçmə turniri başlayır

Cəmiyyət Materials 3 Oktyabr 2006 14:11 (UTC +04:00)

Oktyabrın 3-də Bakıda qızlar arasında (U-19) futbol üzrə Avropa birinciliyinin seçmə turnirinin birinci qrup mərhələsi başlayır.

AFFA-dan Trend ə verilən məlumata görə, birinci tur çərçivəsində meydan sahibləri "Şəfa" stadionunda Serbiyanı qəbul edəcək. Bundan əvvəl isə İ.Qayıbov adına stadionda Danimarka və Şimali İrlandiya komandalarının görüşü olacaq. Oktyabrın 5-də Azərbaycan yığması yarışın əsas favoriti sayılan danimarkalılarla qarşılaşacaq və mini-turniri britaniyalılara qarşı oyunla başa vuracaq. Qrupva ilk iki yeri tutmuş komandalar növbəti raunda vəsiqə qazanacaq. Buna görə də komandaların minimum tapşırıqları yerinə yetirmək şansları var.

Xatırladaq ki, ötən həftə Bakıda yeniyetmələr arasında (U-17) qitə birinciliyinin seçmə turniri keçirilib.

Xəbər lenti

Xəbər lenti