Oktbyarın 5-dək Azərbaycanda vəkilliyə qəbul olunmaq üçün 361 hüquqşünas sənədlərini təqdim edib. Bu barədə Trend ə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədr müavini Fərhad Nəcəfov məlumat verib.
F.Nəcəfov bildirib ki, vəkilliyə qəbul olunmaq üçün əsas şərtlərdən biri həmin şəxsin hüquq təhsili alması barədə olan və dövlət tərəfindən tanınmış diplomu və hüquq ixtisası üzrə minimum 3 il iş stajı olmalıdır.
"Sənəd qəbulunun müddəti oktyabr ayının sonunadək uzadılıb. Çox yəqin ki, imtahan noyabr ayında keçiriləcək" - deyə sədr müavini qeyd edib.
F.Nəcəfovun sözlərinə görə, noyabr ayında vəkillər test imtahanı verəcəklər.