...

Azərbaycanlı voleybolçular dünya çempionatına İsveçrədə hazırlaşacaq

Cəmiyyət Materials 5 Oktyabr 2006 16:21 (UTC +04:00)

Azərbaycanın qadınlardan ibarət voleybol yığması dünya çempionatına növbəti hazırlıq mərhələsini İsveçrədə keçirəcək.

Milli Federasiyanın mətbuat katibi Zöhrab Gözəlbəylinin Trend ə verdiyi məlumata görə, oktyabrın 6-da komanda Sürixə yoal düşəcək və burada yaxın 10 gün ərzində təlim-məşq toplanışları keçirəcək. Bundan başqa, kollektivin bu mövsümdən etibarən çempionlar liqasında çıxış edəcək yerli "Valero" klubu ilə bir neçə yoxlama görüşləri keçirəcəyi də istisna olunmur. Qeyd edək ki, isveçrəlilər bu yaxınlarda Qubada olub və Faiq Qarayevin yetirmələri ilə görüş keçirib.

Xatırladaq ki, bu günlərdə voleybolçularımız Varnda Avropa Qran-Prisinin seçmə turnirində çıxışını başa vurub. Çıxışın nəticələrinə görə onlar ən güclülərin dördlüyünə düşə bilməyib.

Xəbər lenti

Xəbər lenti