"Milli arxiv fondu haqqında", "Televiziya və radio yayımı haqqında" və "İctimai televiziya və radio yayımı haqqında" qanunlara dəyişikliklərin edilməsi nəzərdə tutulub. Bu barədə Trend ə Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasından bildiriblər.
Qeyd olunub ki, Azərbaycan prezidentinin qanunvericilik təşəbbüsü qaydasında parlamentə göndərdiyi qanunlar paketində "Milli arxiv fondu haqqında", "Televiziya və radio yayımı haqqında" və "İctimai televiziya və radio yayımı haqqında" qanunlara dəyişikliklərin edilməsi nəzərdə tutulub. Bu dəyişikliklərdə vətəndaşların şəxsi və ailə həyatı ilə bağlı informasiyaların yayılması qaydaları dəqiqləşdirilir.
Dəyişikliklərdə vətəndaşların şəxsi və ailə həyatı haqqında informasiya daşıyıcıları olan arxiv sənədlərinin istifadəsinə sənədin yaranma tarixindən 75 il sonra və ya şəxsin vəfatından 30 il sonra icazə verilir. Ölüm faktı müəyyənləşmədiyi hallarda isə məlumatlar yalnız həmin şəxsin doğum tarixindən 110 il sonra açıqlana bilər.
Sənədlər Milli Məclisin müzakirəsinə təqdim ediləcək.