Noyabrın 10-da Şərq filosofu Cəlaləddin Ruminin 800 illik yubileyi münasibətilə Milli Elmlər Akademiyasında böyük beynəlxalq konfrans keçiriləcək. Bu barədə Trend ə Milli Elmlər Akademiyasından məlumat verilib. Konfrans Akademiyanın Şərqşünaslıq İnstitutunun, Fəlsəfə və Siyasi -Hüquqi Tədqiqatlar İnstitutunun və İran İslam Pespublikası Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq. Tədbirdə Türkiyə, İran və Rusiyadan bir sıra tanınmış filosof və ədəbiyyatşünas alimlərin iştirakı gözlənilir.