...

Azərbaycan prezidenti uğurlu ekoloji siyasət apardığına görə yüksək mükafata layiq görülüb

Cəmiyyət Materials 19 Oktyabr 2006 12:57 (UTC +04:00)

Azərbaycanda ətraf mühitin mühafizəsi üzrə keçirilən tədbirlər, ölkə prezidenti İlham Əliyevin başçılığı ilə bu sahədə əldə olunmuş uğurlar beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir və hər vasitə ilə beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir.

Trend xəbər verir ki, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında qeyd olunub ki, bu günlərdə prezidentin icra aparatına Almaniya fondunun prezidenti Mixael Zukkovdan məktub daxil olub.

O, məktubda bildirib ki, fondun idarə heyətinin qərarı ilə təbiətin mühafizəsi və biomüxtəlifliyin qorunması sahəsində əldə etdiyi uğurlara görə dövlət başçısı İlham Əliyev 2006-cı il üzrə fondun yüksək mükafatına layiq görülüb.

"Bu mükafatı təbiətin mühafizəsi ilə məşğul olan fondun idarə heyətinin üzvlərinin iştirakı ilə Sizə şəxsən təqdim etmək bizim üçün böyük şərəf olardı", - deyə M.Zukkov qeyd edib.

Ətraf mühitin mühafizəsi üzrə Mixael Zukkov fondu 1999-cu ildə Almaniyanın botanika və landşaft ekologiyası üzrə Ernst-Morits Arndt universitetinin professoru Mixael Zukkov tərəfindən təsis olunub. Fond İsveç parlamentinin 1998-ci ildə professora təltif etdiyi alternativ Nobel mükafatı qismində verilmiş vəsaitlər hesabına yaradılıb. Fondun mükafatı 15 min avrodur və siyasət, ictimai fəaliyyət və ətraf mühitin mühafizəsi sahəsində tanınmış şəxslərə təltif olunur.

Xəbər lenti

Xəbər lenti