Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev Meksikanın səhiyyə naziri, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru vəzifəsinə namizəd Xulio Frenklə görüşüb. Bu barədə Trend Səhiyyə Nazirliyinin məlumatına istinadən xəbər verir.
ÜST icra komitəsinin vitse-prezidenti Oqtay Şirəliyev Azərbaycanın təşkilatla əməkdaşlığını, "quş qripi" ilə mübarizədə göstərdiyi köməyi vurğulayıb.
Meksika naziri mütəxəssisin bütün peşəkar fəaliyyətini və perspektiv planlarını əhatə edən öz avtobioqrafik kitabını O.Şirəliyevə təqdim edib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru bu il noyabrın 6-9-da Cenevrədə seçiləcək.
Noyabrın 6-8-də ÜST-nin qərargahında ÜST-nin İcra komitəsi (İK) yığışacaq və Baş direktor vəzifəsinə namizədi irəli sürəcək.
Aşağıda üzv -dövlətlər tərəfindən İcra komitəsinin Baş direktor vəzifəsinə namizəd kimi irəli sürməsi üçün təklif olunmuş şəxslərin siyahısı verilib:
1.Kazem Behbehani (Küveytin təklifi)
2.Margaret Chan (Çinin təklifi)
3.Julio Frenk (Meksikanın təklifi)
4.David A. Gunnarsson (İslandiyanın təklifi)
5.Nay Htun (Myanmanın təklifi)
6.Karam Karam (Suriya Ərəb Respublikasının təklifi)
7.Bernard Kouchner (Fransanın təklifi)
8.Pascoal Manuel Mocumbi (Mozambikin təklifi)
9.Shigeru Omi (Yaponiyanın təklifi)
10.Alfredo Palacio González (Ekvadorun təklifi)
11.Pekka Puska (Finlyandiyanın təklifi)
12.Elena Salgado Méndez (İspaniyanın təklifi)
13.Tomris Türmen (Türkiyənin təklifi).