...

Azərbaycanın səhiyyə naziri Yaponiya səfiri ilə görüşüb

Cəmiyyət Materials 20 Oktyabr 2006 20:18 (UTC +04:00)

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev Yaponiyanın ölkəmizdəki səfiri Tadahiro Abe ilə görüşüb. Trend in nazirliyin məlumatına istinadən xəbər verdiyi kimi, görüş zamanı nazir Yaponiyanın Azərbaycana marağını yüksək qiymətləndirdiyini və münasibətlərin inkişafı istiqamətində hər iki ölkə tərəfindən böyük işlər görüldyünü bildirib.

"Hazırda nazirliyin mühüm layihələrindən biri iri səhiyyə müəssisələrindən biri olan "Kliniki tibbi mərkəz"i yüksək səviyyədə təmin etməkdir. Biz xəstəxanada təmir işləri başa çatdıqdan sonra Yaponiya hökumətinin xəstəxananı bəzi avadanlıqlarla təmin etməsini çox istərdik", - deyə nazir vurğulayıb.

Öz növbəsində səfir qeyd edib ki, bu məsələ ilə bağlı artıq Yaponiya hökumətində müzakirələr aparılır. "Məhz bu məsələnin həlli məqsədi ilə oktyabrın 31-də Azərbaycana Yaponiya missiyasının gələcəyi gözlənilir", - deyə T. Abe bildirib. Bundan başqa, səfir habelə bildirib ki, "quş qripi" ilə bağlı tədqiqatlar aparmaq məqsədi ilə dekabrda Azərbaycana Yaponiyadan kiçik bir missiya gələcək.

Xəbər lenti

Xəbər lenti