Oktyabrın 30-dan aclıq edən Xəqani küçəsi, 33 ünvanda yerləşən qurumların nümayəndələri həkimlərin nəzarətindədirlər. Bu barədə Trend ə Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) bildiriblər.
Qeyd edək ki, aksiya Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin həmin ünvanda yerləşən qurumların binadan çıxarılmasına etiraz əlaməti olaraq keçirilir. Aksiyada "Azadlıq" siyasi blokunun üzvləri Azərbaycan Xalq Cəbhəsi Partiyasının iki müavini, sədrin müşaviri, Liberal Partiyası sədrinin əvəzi, Demokrat Partiyasının nümayəndəsi və Vətəndaş və İnkişaf Partiyasının nümayəndəsi iştirak edir. Aksiya AXCP-nin təşəbbüsü ilə keçirilir.
Aclıq edənlər dünən və bu gün də həkim müayinəsindən keçiblər. Həkimlərin rəyinə görə acılq edənlərin səhhətində hələ heç bir problem yoxdur.
Onu da bildirək ki, həmi n ünvanda "Azadlıq" qəzeti ilə yanaşı "Bizim yol" qəzetinin redaksiyası, "Turan" İnformasiya Agentliyi, Reportyorların Azadlığı və Təhşlükəsizliyi İnstitutu, AXCP-nin qərargahı, Səbail Rayon Polis İdarəsinin sahə müvəkkilinin ofisi yerləşir.